ELAZ.İNFO xəbər verir ki, Stiven Miller ABŞ-ın Qrenlandiyaya iddiasını səsləndirdiyi gündən (6 yanvar) Avropa əl-ayağa düşüb, ədalət mantiyasını geyinib: -“Bu görünməmiş ədalətsizlikdir, xaosdur, dünyanın axırıdır və s”.
Başa düşmədim:
-ABŞ-ın rəhbərliyi altında siz İraqı darmadağın edəndə, milyondan artıq dinc sakini öldürəndə, prezidentini asdıranda beynəlxalq hüquq harada idi?
-Fransanın rəhbərliyi altında ABŞ-la birlikdə Liviyanı bombardman edəndə, prezidentini işgəncə ilə öldürtdürəndə, ölkəni sonu görünməyəm xaosa düçar edəndə beynəlxalq hüququ tapdalamamışdınız?
-Suriyanı terrorçularla dolduranda, ölkəni xarabazara çevirəndə beynəlxalq hüquqa söykənirdiniz?
-Qəzzada tarixin ən azğın və ən uzunmüddətli soyqırımını törədən İsrailə siyasi, maliyyə, informasiya, hərbi və kəşfiyyat yardımı göstərəndə beynəlxalq hüquq ləğv olunmuşdu?
-Suveren ölkə İranı bombalayan soyqırımçı İsraili müdafiə edəndə beynəlxalq hüquq yadınıza düşmürdü?
-Venesuela prezidentini oğurlayan ABŞ-a haqq qazandıranda beynəlxalq hüquq pauzaya qoyulmuşdu?
Təkcə XXI əsrdə onlarla belə faktlar saymaq olar…
Belə çıxır ki, beynəlxalq hüquq yalnız Avropa ölkələri üçün imiş?
Beynəlxalq hüquq Tramp sizi rəzil günə qoyanda yadınıza düşür?
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi