Ticarət mərkəzinin sahibi hakim qarşısına çıxarılır: Ölüm faktı var

Rusiyanın Novosibirsk şəhərində insan tələfatı ilə nəticələnən ticarət mərkəzinin uçması hadisəsi ilə bağlı cinayət işi üzrə yeni detallar məlum olub. Obyektin sahibi Sergey Turkov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

ELAZ.İNFO xəbər verir ki, Novosibirsk şəhərinin Pervomayski rayon məhkəməsi yanvarın 23-də biznesmen Sergey Turkov barəsində qətimkan tədbirini müəyyən edəcək. Rusiya İstintaq Komitəsinin regional idarəsinin məlumatına görə, Turkov artıq 48 saatlıq saxlanılıb, lakin ona hələ rəsmi ittiham elan olunmayıb.

Xatırladaq ki, yanvarın 22-də baş verən faciəli hadisə nəticəsində ticarət mərkəzinin dam örtüyünün çökməsi bir nəfərin ölümünə, iki nəfərin isə ağır yaralanmasına səbəb olub. İstintaq hadisənin tikinti normalarının pozulması və ya texniki baxımsızlıq səbəbindən baş verdiyini araşdırır. Məhkəmənin sabah Bakı vaxtı ilə saat 12:00-da (Moskva vaxtı ilə 11:00) başlaması planlaşdırılır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights