Rusiya Prezidenti Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi ilin ilk videokonfrans formatlı iclasında maraqlı hadisə yaşanıb. Məruzə zamanı otaqda qəfil telefon zəngi eşidilib.
ELAZ.İNFO xəbər verir ki, hadisə Baş nazirin müavini Marat Xusnullinin vətəndaşların mənzillə təminatı barədə məruzəsi zamanı baş verib. Kreml tərəfindən paylaşılan kadrlarda telefonun israrla zəng çalması və çıxışın fonunda aydın eşidilməsi əks olunub.

Qeyd edək ki, 21-22 yanvar tarixlərini əhatə edən bu iclas 2026-cı ilin ilk rəsmi hökumət müşavirəsidir. Görüşün əsas mövzusu ötən ilin yekunları üzrə birbaşa xətt zamanı vətəndaşların qaldırdığı problemlər, xüsusilə ailələrə dəstək və güzəştli dərman təminatı məsələləri olub. Texniki nasazlığa və gözlənilməz zəngə baxmayaraq, iclas plan üzrə davam etdirilib.
Ruslan MƏMMƏDOV