Fiziki gücün milyarderi

ELAZ.İNFO xəbər verir ki, Keçmiş güləşçi olan Dueyn Conson hazırda təkcə aktyor deyil, həm də ən uğurlu biznesmen-ulduz hesab olunur. Onun sərvəti 2025-ci ilin sonunda 850 milyon dollara çatıb və o, çox yaxında milyarderlər siyahısına düşməyə hazırlaşır. Consonun “Teremana Tequila” brendi ona filmlərindən daha çox – illik təxminən 100-150 milyon dollar təmiz mənfəət gətirir. O, hər bir sosial media paylaşımı üçün brendlərdən 1.5 – 2 milyon dollar arasında ödəniş alır ki, bu da onu dünyanın ən bahalı rəqəmsal siması edir. Onun lüks həyat tərzinə özəl dizayn edilmiş 65 milyon dollarlıq “Gulfstream G650” təyyarəsi və tərkibində peşəkar idman zalı olan nəhəng fermaları daxildir. “The Rock” üçün lüks sadəcə bahalı əşyalar deyil, həm də öz şəxsi istehsalat imperiyasını idarə etmək imkanıdır

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights