Tramp Venesuelanı Hədələyir: “Neft Hüquqlarımızı Geri İstəyirik”

ELAZ.İNFO xəbər verir ki, ABŞ ilə Venesuela arasındakı gərginlik pik həddə çatıb.

Karib dənizindəki əməliyyatların əsaslandırılması kimi Venesueladan qaynaqlandığı iddia edilən narkotik ticarətini əsas gətirən ABŞ prezidenti Donald Tramp indi ölkənin neft ticarətini hədəf alır.

Tramp iddia edir ki, Venesuela ABŞ-ın enerji və neft hüquqlarını qanunsuz olaraq ələ keçirir və “Biz onları geri istəyirik” deyib.

Endryus Hava Limanında jurnalistlərə danışan Donald Tramp deyib ki, “ABŞ-ın Venesuelaya artan təzyiqi ilə bağlı şərh verib. Tramp Venesuelaya “etməməli olduqları şeyləri etməyə icazə verilməyəcəkləri” barədə xəbərdarlıq edərək, “Onlar bütün enerji hüquqlarımızı əlimizdən aldılar. Bu yaxınlarda qanunsuz olaraq bütün neftimizi əlimizdən aldılar”.

Tramp bildirib ki, Venesuelanın neft sektorunda fəaliyyət göstərən Amerika şirkətləri “qovulur” və əlavə edib: “Onlar neft hüquqlarımızı, sahib olduğumuz hər şeyi əlimizdən aldılar və artıq bunu edə bilməyəcəklər. Biz onları geri istəyirik”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights