Füzuli Musayev “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edildi

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Karate Federasiyasının vitse-prezidenti, karate üzrə 8-ci dan qara kəmər sahibi Füzuli Musayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə təltif edildi.

Bu ali dövlət mükafat böyük sevinc və qürur hissi doğurur və Füzuli Musayevin illər boyu idmana, gənclərin sağlam ruhda yetişməsinə, ölkəmizin beynəlxalq arenada layiqincə təmsil olunmasına və ümumilikdə Vətənə sədaqətli xidmətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Onun peşəkarlığı, prinsipiallığı, vətənpərvər mövqeyi və fədakar fəaliyyəti təkcə karate camiəsi üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün örnəkdir.

Bu şərəfli təltifat münasibətilə Füzuli Musayevi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, yeni uğurlar, gələcək fəaliyyətində daha böyük nailiyyətlər və Vətənimizə xidmət yolunda davamlı müvəffəqiyyətlər arzulayıram. Qoy bu ali mükafat onun şərəfli yolunda yeni zirvələrin başlanğıcı olsun.

Əli İbrahimov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights