ELAZ.İNFO xəbər verir ki, bu gün dünya ədəbiyyatı və mənəviyyatının nümayəndələrindən biri, dahi şərq filosofu Cəlaləddin Ruminin xatirə günüdür.
Məlumat üçün bildirək ki, 1207-ci ildə Əfqanıstanın Bəlx şəhərində anadan olan Cəlaləddin 13 yaşında (1220) ailəsi ilə Türkiyənin Konya şəhərinə köçüb və burada mövləvilik təqriqətinin əsasını qoyub. Lirik şeirlər divanı və bir sıra risalələrin müəllifi olan Cəlaləddin Ruminin ən böyük əsəri bir çox xalqların dilinə tərcümə edilən “Məsnəvi”dir. Mütəfəkkir şair 1273-cü ildə 70 yaşında Konyada dünyasını dəyişib. (1207-1273)
Qeyd edək ki, Mövlanənin ölümü Türkiyədə həm də “Allaha qovuşma anı” olaraq qəbul edildiyi üçün onun ölüm gününə “Şəbi-Arus” (toy gecəsi) deyilir.
Cəlaləddin Ruminin Türkiyədəki məqbərəsi bu gün də insanların ziyarətgahıdır.
Əli İBRAHİMOV