Fövqəladə Hallar Nazirliyi öz bayramını qeyd edir

ELAZ.İNFO xəbər verir ki, 16 dekabr tarixi Fövqəladə Hallar Nazirliyinin yaranma günü olaraq qeyd edilir.

Xalqın təhlükəsizliyi, insanların həyatı və əmlakının qorunması naminə gecə-gündüz, hava şəraitindən və risklərdən asılı olmayaraq fədakarlıqla xidmət edən Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizin peşəniz cəsarət, məsuliyyət, yüksək peşəkarlıq və insan həyatına verilən ali dəyərin bariz nümunəsidir.

Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması, baş vermiş hadisələrin nəticələrinin aradan qaldırılması, mülki müdafiənin təşkili və əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində gördüyünüz əvəzsiz işlər dövlətimizin gücünü, xalqımıza olan qayğını və xidmət əzmini bir daha nümayiş etdirir. Hər biriniz çətin anlarda ümid yeri, təhlükə qarşısında sipər, insan həyatının keşiyində dayanan etibarlı qüvvəsiniz.

Bu şərəfli və məsuliyyətli xidmətdə hər birinizə möhkəm can sağlığı, ailə səadəti, təhlükəsiz xidmət, peşəkar uğurlar və daim yüksələn nailiyyətlər arzulayırıq. Qoy bayrağımız daim uca, yolunuz açıq, xidmətiniz qürurverici olsun.

Peşə bayramınız mübarək!

Əli İbrahimov

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights