5 ayın əsgəri ölüb

ELAZ.İNFO xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Yardımlı rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edən hərbi qulluqçu güllələnib.

Hadisə dekabrın 4-də baş verib.

Doğmalarının dediyinə görə, Şamaxı rayonu Quşçu kənd sakini, 18 yaşlı əsgər Gülalıyev Əlikərim Qismət oğlu başının sağ nahiyəsindən güllə ilə vurularaq öldürülüb. Ailəsinə hadisənin başvermə səbəbi açıqlanmayıb.

Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda araşdırma aparıldığı, cinayət işinin açıldığı deyilir

Rəsmi qurumlar hadisə ilə bağlı açıqlama verməyiblər.

N.B

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights