İsrailin Baş naziri Benyamin Netanyahu Suriya Xarici İşlər Naziri Əsəd Həsən Şeybaninin “İsrail Suriya ərazisindən çəkilməyincə heç bir razılaşma olmayacaq” açıqlamasına cavab verib.
ELAZ.İNFO xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi rəsmilərinin qatıldığı konfransda çıxış edən Netanyahu, Suriyada Bəəs rejiminin devrilməsindən sonra işğal etdikləri ərazilərdən geri çəkilməyəcəklərini bir daha vurğuladı. Bəəs rejiminin devrilməsindən dərhal sonra Suriyanın cənubunda işğal etdiyi Hermon dağı və 1967-ci ildən bəri işğal etdiyi Qolan təpələrinə bitişik bufer zonası ilə bağlı Netanyahu bildirib ki, “Biz bu aktivləri qorumaq istəyirik”.
İsrailin Baş naziri Dəməşq hökuməti ilə cənubi Suriyanın tərksilah edilməsini və druzların “qayğısını” təmin edəcək bir razılığa gəlməyə ümid etdiklərini bildirdi.
Məlumat üçün bildirək ki, yeni təhlükəsizlik müqaviləsi imzalamaq üçün ABŞ-ın vasitəçiliyi ilə İsrail və Suriya arasında danışıqlar aparılsa da, heç bir nəticə əldə edilməyib.
Suriya xarici işlər naziri Şeybani İsrailin Suriya ərazisindən çəkilməsi məsələsinin sarsılmaz qırmızı xətləri olduğunu bildirərək söyləyib ki, “İsrail Suriya ərazisindən çəkilməyincə heç bir razılaşma olmayacaq. Həm Suriya, həm də İsrail tərəflərini nəzərə alan ikitərəfli, ədalətli və bərabər bir yanaşma olmalıdır”.
İlahə BAYINDIR