ELAZ.İNFO xəbər verir ki, ABŞ və Ukrayna arasında müharibəyə son qoymaq planları ilə bağlı üç günlük danışıqlar nəticə verməyib.
ABŞ Prezidenti Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin “sülh planı” ilə bağlı mövqeyinə reaksiya verib.
Kennedi Mərkəzinin qırmızı xalçasında jurnalistlərin bu məsələ ilə bağlı sualına Tramp belə cavab verib:
–“Zelenskinin hələ də sülh planımın son versiyasını oxumamasından bir az məyus oldum”.
Məlumat üçün bildirək ki, ABŞ-Ukrayna cəbhəsində təmaslar ABŞ nümayəndə heyətinin Mayamidə Ukrayna nümayəndələri ilə üç günlük danışıqları zamanı davam edib.
Qeyd edək ki, Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner və xüsusi nümayəndə Stiv Vitkov Mayami sammitindən əvvəl Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər.
Onu da qeyd edək ki, Avropa liderləri bu gün Böyük Britaniyada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər. Görüşdə Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Almaniya kansleri Frederik Merz iştirak edəcəklər.
İlahə BAYINDIR