ELAZ.İNFO xəbər verir ki, sabah Baba Mahmudoğlunun anım günüdür.
“Bir gün eşitdim ki, Opera və Balet Teatrında “Gözəl səslər” müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, müsabiqədə iştirak edim. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən müsabiqədə iştirak edən 153 nəfər içərisindən 1-ciliyi qazanaraq, Opera və Balet Teatrına solist qəbul olundum” deyə mərhum sənətkar öz xatirələrində deyir.
SÖZARDI: 1962-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında stajor kimi fəaliyyətə başlayan B.Mahmudoğlu sonralar bu teatrın muğam bölməsinin solisti olub. “Leyli və Məcnun”da Məcnun, “Aşıq Qərib”də Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm, “Koroğlu”da təlxək, “Şah İsmayıl”da Şah İsmayıl, “Xanəndənin taleyi”də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə xalq artisti fəxri adını alıb.
Aydan