Təhsilin yüzlərlə problemləri qalıb kənarda

ELAZ.İNFO
Bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.
Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.
Narazılığın çoxu da son 5 ildə, onun nazirliyi dövründə yaranıb. Problemlərin də heç biri həll edilmir, əksinə günbəgün artmaqdadır.
Onlar da, bu ASAN yolla xalqı az da olsa, razı salmaq istəyirlər.
Təhsilin köklü problemləri həll edilmir, sadəcə köməkçisi sosial şəbəkədə kiməsə cavab verir, nə isə yazır, əvəzində az qala onu milli qəhrəman səviyyəsinə qaldırmağa kimlərsə cəhd edir.
Bu durum “bəy mənimlə söhbət etdi” , kimi el məsəlinə bənzəyir lap. Nazirin öz sözü ilə desək, bu hay-küydən başqa bir şey deyil.
Həftədə 2 dəfə Xankəndidə dərs deməyə gedən və həmən gün də geri dönən müəlliməyə nazirin köməkçisi, şərh yazır, bu şərhi tez reklam edirlər, amma deyən yoxdur ki, niyə bu ölkədə 20 ildir distant təhsilə icazə vermirlər?
Bu müəllimə niyə dərsini onlayn demir?
Niyə bu qədər zəhmətə və resurs itkisinə zəmin yaradılır?
Amma kim kimə hansı mesajı yazmasından asılı olmayaraq, valideynlər yenə də hər ay 500-1000 manat repetitorlara pul səpir, müəllimlər onlara qarşı edilən haqsızlıqlardan narazıdırlar, təhsildə illərlə yığılıb qalan bir çox ciddi problemlər hələ də həll edilmir, yerində qalır, nazir də öz işindədir, PR da davam edir.
Amma az adam deyir və yazır ki, bu nazirin bir çox hallarda sözü və əməli tam ziddiyyət təşkil edir.
Bundan böyük nöqsan ola bilərmi?

İlham ƏHMƏDOV Dosent

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights