Zelenskinin səfərindən əvvəl Dublində hərbi dron panikası

ELAZ.İNFO xəbər verir ki, bazar ertəsi günü rəsmi səfər üçün İrlandiyaya səfər edən Ukrayna prezidenti Volodymyr Zelenskinin potensial hücumdan dəqiqələr əvvəl xilas olduğu məlum olub.

İrlandiyanın The Journal xəbər saytının məlumatına görə, Zelenskinin təyyarəsi Dublin hava limanına planlaşdırılandan bir neçə dəqiqə əvvəl eniş edib. Lakin təyyarənin planlaşdırılan eniş vaxtında uçuşa qadağan zona elan edilmiş uçuş-enmə zolağına yaxınlaşan marşrutda dörd dron peyda olub.

Təyyarə saat 23:00-da eniş etdikdən bir neçə dəqiqə sonra baş verən hadisədən sonra təhlükəsizlik məqsədilə İrlandiya dənizində yerləşən İrlandiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri üzərində dronlar uçub.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights