ELAZ.İNFO xəbər verir ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, vəkil Elçin Əhmədovun məhkəmədə hücuma məruz qalmasına münasibət bildirərkən deyib.
Anar Bağırov: “Vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır”.
O, məsələni nəzarətdə saxlayacağını bildirib.
“Hörmətli vəkilimiz Elçin Əhmədovla danışdım, hadisənin təfərrüatları barədə ətraflı məlumat aldım. Hazırda məsələ Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır”, – deyə sədr qeyd edib.
SÖZARDI: E.Əhmədov vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib. Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb.
N.B