Sizin dərc etdiyiniz şəkil çox pis görünür

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Ohayo ştatının polisi tərəfindən axtarışda olan Donald Pyu adlı şəxs polislərə öz yeni fotosu olan selfi göndərir

ABŞ-ın Ohayo ştatının polisi tərəfindən qəsdən yandırma və vandalizm ittihamı ilə axtarışda olan Donald Pyu adlı şəxs polisin saytında fotosunu görəndən sonra onlara öz yeni fotosu olan selfi göndərir. Cinayətkar mesajında “Sizin dərc etdiyiniz şəkil çox pis görünür. Bu şəkil daha yaxşıdır!”
Polis isə fotonu bu şərhlə sayta yerləşdirib: “Bu şəkli bizə cənab Pyu özü göndərib. Biz ona köməyə görə təşəkkür edirik, amma o, bizimlə danışmaq üçün polis şöbəsinə gəlsə, çox şad olarıq”.

Aydan

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights