ELAZ.İNFO xəbər verir ki, Azərbaycan fiqurlu konkisürmə üzrə Avropa çempionatında təmsil olunacaq.
Belə ki, Nərgiz Süleymanova bu ilin noyabr ayının 27-30-da İstanbulda keçirilən “Bosfor Kuboku”nda qısa və sərbəst proqramda 26 idmançı arasında 156.53 xal toplayaraq, qızıl medala sahib çıxıb və Avropa çempionatına vəsiqə əldə edib.
Məlumat üçün bildirək ki, Bosfor Kuboku” uğrunda keçirilən yarışlarda digər Azərbaycan təmsilçiləri Arina Kaluqina (154.85 xal ) 5-ci, Səbinə Əliyeva (137.22 xal) isə 6-cı yerə çıxıblar.
İslam MAHMUDOV