Ağacəkmə aksiyası keçirilib

ELAZ.İNFO Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı Regional Mərkəzi ağacəkmə aksiyası keçirib.

Bakı Regional Mərkəzinin rəisi polkovnik Elnur Məhərrəmov və Mərkəzin şəxsi heyətinin iştirak etdiyi və Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunan aksiya Regional Mərkəzin ərazisində təşkil edilib.

Aksiya ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, yaşıllıqların artırılmasına dəstək verilməsi, eləcə də təbiətə qayğı hissinin təbliğ edilməsi məqsədilə təşkil olunub.

Ağacəkmə aksiyasında Mərkəzin əməkdaşları tərəfindən müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights