Tramp Maduro ilə görüşü təsdiqlədi

ELAZ.İNFO xəbər verir ki, ABŞ-Venesuela gərginliyi qızışdığı bir vaxtda ABŞ Prezidenti Donald Tramp sürpriz bir addım atdı. Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı iddiasını təsdiqlədi.

“The New York Times” qəzeti xəbər verib ki, Tramp və Maduro ötən həftə telefonla danışıblar və ABŞ-da görüş barədə razılığa gəldiklərini bildiriblər. Məlumata görə, görüş Trampın Maduronu de los Sores narkotik kartelinin lideri elan etməsindən bir neçə gün əvvəl baş tutub.

İki ölkə arasındakı gərginlik ABŞ-ın dünyanın ən böyük təyyarədaşıyan gəmisi olan USS Gerald R. Ford da daxil olmaqla hücum donanmasını narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün Karib dənizinə göndərməsi ilə pik həddə çatıb. ABŞ qüvvələri Venesuela sahillərində bir neçə qayığa “narkotik daşıdıqları” iddiası ilə zərbə endirib və Tramp əməliyyatı quruya qədər genişləndirəcəklərini bildirib.

Onu da qeyd edək ki, Venesuela prezidenti Maduro cavab olaraq ölkədə 4,5 milyon nəfərlik milis qüvvələrini səfərbər etdiyini və ölkəsinə qarşı hər hansı bir hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights