ELAZ.İNFO xəbər verir ki, 11 noyabrda Azərbaycan-Gürcüstan sərhədində C-130 hərbi yük təyyarəsinin qəzasında həlak olanların şəxsiyyətlərini Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasından əvvəl sosial media hesablarında paylaşanlara qarşı cinayət şikayətləri açılıb.
Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyinin verdiyi Bəyanatda deyilir:
-“Axtarış və xilasetmə işləri davam edərkən, təqaüddə olan hərbçilər şəhid ailələrimizin kədərini görməzdən gələn və şəhid məlumatlarını ilk paylaşmaq üçün yarışan sosial media həyasızları arasında müəyyən edilib. Bu şəxslərə qarşı açılan cinayət şikayətləri ilə yanaşı, onların hərbi klublara girməsi də qadağan edilib”.
İlahə BAYINDIR