Yeniyetməlik 32 Yaşına Qədər Davam Edir

ELAZ.İNFO xəbər verir ki, insan beynində yeniyetməlik 32 yaşa qədər davam edir.

Alimlər beynin həyat boyu beş fərqli mərhələdə yenidən qurulduğunu və “yeniyetmə” dövrünün 32 yaşına qədər davam etdiyini aşkar ediblər.

Kembric Universitetinin tədqiqatçıları 0-90 yaş arası 3802 insanın beyin skanlarını müqayisə edərək insan beyninin həyat boyu beş əsas mərhələyə bölündüyünü aşkar ediblər.

Tədqiqata görə, uşaqlıq, yeniyetməlik, yetkinlik, erkən qocalıq və gec qocalıq kimi müəyyən edilən bu mərhələlər dörd vacib “dönüş nöqtəsi” ilə ayrılır.

YETKİNLİK 32 YAŞA QƏDƏR DAVAM EDİR

Tədqiqatın ən təəccüblü tapıntılarından biri də “yeniyetmə”nin əvvəllər düşünüldüyündən daha uzun sürməsidir. Alimlər beynin yeniyetməlik dövründən yetkinliyə keçidinin 32 yaşına qədər davam etdiyini bildirirlər.

Kaliforniya Universitetinin professoru, fəlsəfə doktoru Aleksa Mousli bildirib ki, “Beyin yetkinlik dövrünün başlanğıcından 30 yaşlarının əvvəllərinə qədər uzanan təbii transformasiya prosesindən keçir. Bu dövr əksər insanların “yeniyetmə” adlandırdığından daha geniş yaş aralığını əhatə edir”.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights