ELAZ.İNFO xəbər verir ki, aktyor Şahrux Xanın 60 yaşı tamam olur.
Mətbuatda tez-tez “Bollivudun padşahı”, “Kral Xan”, “Romantika Kralı” və “Bollivudun kralı” kimi tanınır. Romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan onlarla filmdə rol alıb. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən mükafatlar qazanıb. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan “Padma Şri” mükafatına layiq görülüb. 1993-cü ildə eyni vaxtda iki filmdə — “Qorxu altında həyat” və “Qumarbaz” filmlərində mənfi obrazlar yaradıb. İkinci filmdə ifa etdiyi Viki Malhotra rolundan sonra Ən Yaxşı Baş Rola görə yenidən “Filmfare” kino jurnalının mükafafatına layiq görülür. Növbəti mükafatını 1995-ci ildə Kacol Devqanla çəkildiyi “Cəsur ürək gəlini aparar” filmində ifa etdiyi Rac roluna görə alır. Bu film kinoteatrlarda 12 milyard rupi qazanır və bununla Hindistan kino tarixində ən böyük kassa gəliri olan film hesab olunur.
Aydan