Terakt planı öncədən mütəşəkkil qrup tərəfindən hazırlanıb

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakinlərindən biri terakt törətməyə cəhd göstərib.

1967-ci il təvəllüdlü Karen Avanesyan meşədə gizlətdiyi “Kalaşnikov” avtomatını və patronla dolu 4 sandıqcanı, 5 ədəd qumbaranı götürüb şəhərdə keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis tərəfindən saxlanılıb.

Bu zaman Karen Avanesyan avtomatdan atəş açıb və üç qumbara atıb, polisə silahlı müqavimət göstərib.

Lakin çevik cavab atəşi nəticəsində güllə yarası alan K.Avanesyan tutulub.

Əməliyyat zamanı bir polis əməkdaşı da yaralanıb.

Bu teraktın məqsədi nə idi? Erməni terrorçusu kimi və ya nəyi hədəf alıb?

Yeri gəlmişkən, həmin gün Xankəndidə prezident İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının və Tibb fakültəsinin tədris korpusunun açılışında iştirak edirdi.

Deməli, K.Avanesyanın terakt təşəbbüsü dövlət başçısına qarşı da nəzərdə tutula bilərdi.

Belə bir xüsusi terror planı isə sıradan bir erməninin təkbaşına həyata keçirə biləcəyi bir iş deyil. Bu isə o deməkdir ki, terakt planı öncədən mütəşəkkil qrup tərəfindən hazırlanıb və ya hansısa kənar güc tərəfindən tərtib olunub.

“Kənar güc” deyiləndə isə ilk ağıla ya şimal qonşumuz gəlir, ya da ki, xaricdəki erməni lobbisi.

Başqa ehtimallar, versiyalar da mümkündür.

Aparılan əməliyyat-istintaq tədbirləri yəqin ki, bütün bu suallara, ehtimallara aydınlıq gətirəcək.

P.S.Ermənilərin terrora meylli olduğunu bütün düşmənlərimiz bilir. Bu teraktı tərtib edən pərdəarxası düşmənin də yəqin ki, əsas məqsədi məhz kütbeyin ermənilərin əliylə sülhə mane olmaq, Böyük Qayıdışı dayandırmaq və Xankəndinin, Şuşanın dirçəlişimizin simvoluna çevrilməsinin qarşısını almaq olub. Lakin çirkin məqsədləri baş tutmadı, iflasa uğradı.

P.P.S. Bir aparıcı xanımın günahı üzündən son günlər məcburi köçkünlərin hədəfə gətirilməsi və regionçuluq (qarabağlı-bakılı) söhbətlərinin süni surətdə qızışdırılması da terrorçuluğun, təxribatçılığın bir ayrı forması idi. Yaxşı ki, bu terrorun da qarşısını vaxtında almaq mümkün oldu.

Bəybala MİRZƏYEV

Siyasi şərhçi

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights