Ərəb turistlər Azərbaycan xalqının mənəvi dəyərlərinin ən ali zirvəsi olan şəhidlərə qarşı qeyri etik hərəkətlər ediblər və şükür, polis onları saxlayıb. Düzdü cinayət məcəlləsində mənəvi dəyərlərin aşağılnması ilə bağlı bir maddə yoxdur, bunları üzr istədib, yola salacaqlar geri. Bunlar da qayıdacaq öz ölkələrinə.
Bəs dünən gecədən bunları qoruma üçün şərəfsiz Elxan adlı birinin Quran yandırılmasını bəhanə edənlər dolayısı ilə ona haqq qazandırmağa çalışırlar. Guya Azərbaycan hüquq sistemi o Elxana söz deyə bilmir, amma ərəbləri tutur. Guya İslam şəhid anlayışın ilk gətirib, Quran daha vacibdir və dövlət onu tutmalıdır, ərəblər heç nə etməyib deyirlər və beləliklə bunlar ərəbdən çox ərəb olublar ölkəmizdə bu məzhəbçilər..
Kifayət qədər belə adamların sayı çoxdur. Hədəfləri : Azərbaycan tarixini, inanc sistemini və Vətən anlayışını ərəbin hansısa məzhəbindən aşağı görmək. Farsın hansısa şərəfsiz ayətullahından aşağı görmək..
Ölkədə qondarma şeyx və ayətullahlara inananılar daha çoxdur nəinki Allaha və Peyğəmbərə.
Birinci Şəhid məsələsi İslamdan qat qat öncə də mövcud olub. Bütün dinlərdə ortaq olaraq belə razılaşma var anlayışla bağlı fikirlər var..
Amma və lakin
Hələ Quran kitabı tam Peyğəmbər (s) nazil olmamış belə Vətəni uğrunda zalım, təcavüzkar və işğalçılara qarşı savaşda ölənlər əsas şəhidlərdən biridir deyə Yaradandan ona vəhy göndərilir.
Məhz buna görə də bir çox İslam ölkələrində döyüşlərdə öldürülənlər ali şəhidlər hesab edilir. Türkiyə, Pakistan, Azərbaycan (rəsmən dövlət dini qeyd edilməsə belə), İraq, İran və digərlərində hərb zamanı, Vətən uğrunda canlarından keçənlər əsas şəhidlər hesab edilirlər.
Bu onu göstərir ki, Vətən uğrunda olan şəhid İman uğurunda şəhid olandan da qat qat üstün sayılır.
Ona görə Vətən uğrunda canından keçən şəhidin qədrini bilməyi Allah kitabdan və imandan öncə əmr edib bütün insanlara.
Kimin üçün isə bu adi görünə bilər. Lakin bir şəhidin təhqir olunmasını dindən və imandan aşağı görmək qeyrət məsələsidir. O isə hər kəsdə olmur!! Qeyrət isə Vətən anlayışın içində olan ana, bacı, övlad, ata, var yoxun birləşdiyi bir anlayışdır..
İnanıram ki, Quran kitabı yandıran şərəfsiz Elxan da həbs ediləcək, cəzasını alacaq. Ərəblər də.
Lakin siz Vətəni hər şeydən aşağı görənlər bu torpağın havasını və suyunu içərək hələ qeyrətsiz kimi çox yaşayacaqsınız.. Onurğa sümüksüz kimi yaşamaq insana xas deyil, heyvanlara xasdır.