ELAZ.İNFO xəbər verir ki, İsrail ordusunun əsgərləri snayperin Qəzzada hasarın yaxınlığında fələstinli uşağı vuraraq öldürməsinə sevinirlər. Əsgərlər bunu “əfsanəvi kadrlar”, öldürülən fələstinlini isə “it uşağı” adlandırırlar. Qəzzada və İordan çayının qərb sahilində belə hallar hər gün baş verir…
Fələstinli uşaqlar isə ölüm təhlükəsinə baxmayaraq, güllələnmiş dostunu tərk etmir, onu aparırlar. Çünki ölüm onların üçün bəlkə də Qəzza cəhənnəmindən xilasdır.
Cəzasızlığa arxayınlıq o səviyyəyə çatıb ki, İsrail fаşistləri belə cinayətlərini çəkib, öz sevinc sədaları və sözləri ilə internetdə paylaşırlar.
İndi isə 7 Oskar almış “Şindlerin siyahısı” filmindən bir kadrı xatırlayın. Orada həbs düşərgəsində alman zabiti hərdən balkonda oturub, həyətdə gəzən əsirlərdən kimisə nişan alıb öldürür – heç bir səbəb olmadan, sadəcə, kefi belə istəyib.
Lakin o film idi, belə hadisənin reallıqda olub-olmadığını tarixçilərin ixtiyarına buraxaq. Həmin zabitdən betərini edənlər, onlara bu ixtiyarı verənlər isə hörmətli adamlar sayılır, BMT kürsüsündən çıxış edir, hətta bəziləri tərəfindən alqışlanırlar.
Asif ŞƏFƏQQƏTOV