Krım üstündə gedən müharibə və mübarizələrə öz fikrini bildirən iqtisadçı alim Ağasəf İmran ELAZ.İNFO-ya söyləyib ki, “Bu gün müasir dünyanın göz yumduğu, biganə qaldığı Krımın və onun sakinlərinlərinin taleyinə Birləşmiş Millətlər Təşkilatı biganə qalmamalıdır”.
O qeyd edib ki, “Tarixdən məlum olduğu kimi 340 illik xanlığa- dövlətçilik tarixinə malik olan Krım Xanlığı bu gün Rusiyanın əsarəti altındadır. Təəssüflər olsun ki, tarixin müəyyən dövrlərində məqsədli şəkildə repressiyalara, qətliamlara, sürgünlərə məruz qalan Krımın yerli sakinləri olan tatarlar bu gün azlıqdadır”.
Ağasəf İmran onu da bildirib ki, “Süqut etmiş dövlətin tarixi hüququnu özünə qaytarmaq beynəlxalq hüquq müstəvisində həll edilməlidir. Bu onların tarixi haqqıdır. Mənim Təklifim var: Krım –nə Ukraynanın, nə də Rusiyanın tabeçiliyində olsun. Birləşmiş Millətlər Təşkilatının zəmanəti ilə Krım müstəqil dövlət olaraq elan edilsin. Hətta Krımda da İsveçrə kimi üç dilli –tatar, rus, ukrayn dili dövlət dili olaraq qəbul edilsin”.
İlahə BAYINDIR