“Səmam gəlin köçdü… Rüfətim həyatının yoldaşına qovuşdu…”

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyi -Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağayeva özünün sosial şəbəkə hesabında yazıb ki, -“dünən elliklə yığışıb balalarımızın xoş gününü keçirtdik. Əməli keçən hər kəsə dərin təşəkkürümü bildirirəm. Elin gücü bu TOY timsalı idi!”

Kəmalə Ağazadə bildirib ki, “Şəhid anaları,xanımları,iş adamı,sahibkarlar,dövlət qurumları əməkdaşları,vətğndaş cəmiyyəti nümayəndələri, hamı xalq oldu! Vətən oldu! Elin qızını xoşbəxtıiyə aparan yolda bizimlə olan hər kəsin vəsiləsi xoşbəxtlik olsun!!! Səmam gəlin köçdü… Rüfətim həyatının yoldaşına qovuşdu…”

Məlumat üçün bildirək ki, Azərbaycan Uşaqlar Birliyi -Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi ölkədə taleyin hökmünə buraxılmış uşaqlara qucaq açır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights