Dünya Türkün olacaq?

Dünya Türkün olacaq?
Həqiqət üstə içsəsim.

Azərbaycanlı Türk şeir yazan “şöhrətpərəst Xalqsevərlərdən”- yəni,şairlərdən biri olan Zəlimxan Yaqubun bir şeirində belə bir misra var:
Dünya Türkün olacaq!
“Dünya Türkün olacaq” deyimi gəlişigözəl deyimdi.
Mahiyyətcə isə imperiyaçılıq deyimdir.Ağalığı özündə yaşadır.
Özünə sahib ola bilməyən Türkün dünyaya sahib olma istəyini özündə yaşadır.
Türk dünyaya ” mən də varam” deməlidir.
Türk dünyada ” mən də varam” demək istəyirsə dünyada ÖZ dünyasını – Türk dünyasını yaratmalıdır.
Türk İnamı
Türk İdrakı
Türk İradəsi
Türk Mənəviyyatı
əsasında Türk dünyasını yaratmalıdır.
Bu zaman Türk dünyalaşacaq.

Ulusumuz Uluyurdumuz var olsun!

Uluyurd Hərəkatının Öndəri
Abil Ulusoy.

Verified by MonsterInsights