48 kombi yoxa çıxdı: 51 min manatlıq oğurluğun izi dörd nəfərə apardı

25.09.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda şirkət anbarından külli miqdarda əmlakın oğurlanması ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinini yaydığı məlumatda bildirilir ki, Nizami rayonunda şirkətlərə məxsus anbarlardan birinə girən şəxslər 48 ədəd kombi aparatı oğurlayıblar. Oğurlanan əmlakın ümumi dəyərinin 51 min manat olduğu müəyyənləşdirilib.

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.

Faktla bağlı araşdırma davam etdirilir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁29
Teqlər: