Vaşinqton-Tehran xəttində yeni diplomatik cəhd: İran ABŞ-ın cavabını aldı

01.10.2026

ELAZ.İNFO xəbər verir ki, yeddi aydan çoxdur davam edən ABŞ-İran qarşıdurmasında diplomatik kanal yenidən hərəkətlənib. İranın xarici işlər naziri Abbas Əraqçi Qətər vasitəçiləri üzərindən Vaşinqtonun son təklifə cavabını alıb.

Söhbət İranın irəli sürdüyü yeddi günlük etimad yaratma planından gedir. Reuters-in məlumatına görə, tərəflər arasında əsas fikir ayrılıqlarından biri addımların hansı ardıcıllıqla həyata keçiriləcəyidir.

İranın planında Hörmüz boğazında normal gəmiçiliyin bərpası, nüvə proqramı ilə bağlı danışıqların yenidən başlaması və qarşıdurmanın azaldılması kimi məsələlər yer alır.

Qətər isə Vaşinqtonla Tehran arasında mesajların çatdırılmasında vasitəçilik edir. ABŞ Prezidenti Donald Tramp İranla bağlı sanksiyaların yumşaldılması barədə xəbərləri təkzib etsə də, diplomatik təmasların davam etdiyi bildirilir.

Hazırda tərəflər arasında yekun razılaşma yoxdur. Növbəti mərhələnin əsas sualı isə qarşılıqlı şərtlərin hansı ardıcıllıqla həyata keçiriləcəyidir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın
👁30
Teqlər: