Naxçıvan-Sədərək yolunda avtomobil aşdı: 5 nəfər xəstəxanaya yerləşdirildi


ELAZ.İNFO xəbər verir ki, gecə saatlarında Naxçıvan-Sədərək yolunda baş verən qəza beş nəfərin xəsarət alması ilə nəticələnib.
Hadisə magistralın Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Xəzər” markalı avtomobilin yoldan çıxaraq aşdığı bildirilir.
Qəza nəticəsində 2010-cu il təvəllüdlü H.Ələsgərli, 1998-ci il təvəllüdlü X.Rəsulov, 2009-cu il təvəllüdlü N.Əliyev, 2002-ci il təvəllüdlü V.Xəlilzadə və 2007-ci il təvəllüdlü Q.Tahirov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırmanın nəticəsində müəyyənləşdiriləcək.
Günel GÜNTAC
26





