“Sabah”dan mövsümə qələbəli start: Son çempion ilk oyunda 84 xal topladı

01.10.2026

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Basketbol Liqasında yeni mövsüm başlayıb. İlk turun açılış oyununda son çempion “Sabah” meydançaya çıxıb və mövsümə qələbə ilə başlayıb.

Bakı İdman Sarayında keçirilən qarşılaşmada “Sabah” “LANDAU Lions”la üz-üzə gəlib. Oyun son çempionun 84:74 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Sabah” yeni mövsümün ilk turunda turnirə üç xalla başlayıb.

Azərbaycan Basketbol Liqasının I turunun digər oyunları oktyabrın 2-si, 3-ü və 4-də keçiriləcək.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın
👁23
Teqlər: