Qonşu dövlətlər İranla bağlı ABŞ-ın bu qərarına qarşı çıxıblar

Türkiyə, İraq və Pakistan ABŞ-nin İran İslam Respublikası üçün quru ticarət yollarının bağlanmasına qarşı çıxırlar.
ELAZ.İNFO “The New York Times” mənbələrə istinadən xəbər verir.
ABŞ rəsmiləri bir neçə həftədir, İranın qonşularını sərhəd keçidlərini bağlamağa çalışırlar. Bu barədə NYT-yə üç İraq rəsmisi və danışıqlardan xəbərdar olan bir ABŞ rəsmisi bildirib. Lakin İranın qonşuları Vaşinqtonun qərarının Tehranın özü qədər özləri üçün də zərərli ola biləcəyinə inanırlar.
Sözardı: İraqın ən çox qorxduğu sərhədboyu əhalidir.Çünki İraq dövləti sərhəd boyunca ərazilərə tam nəzarət edə bilmir.Bu da İraq üçün böyük təhlükədir. Nəticədə bu keçidlərin bağlanması İran qədər İraq üçün də böyük təhdiddir.
Natəvan Bəydili
180




