Azərbaycana 34 kq narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

ELAZ.İNFO Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən xəbər verir ki, İrandan Azərbaycana 34 kq narkotikin gətirilməsinin qarşısı alınıb.
Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 34 kiloqram 42 qram olan narkotik vasitə və 2 (iki) ədəd qatlanan tipli bıçaq aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Aydan
170




