Ukraynada TSK-nın vəhşiliyi onları əhalinin gözündə düşmənə çevirib

Ukraynada TSK-nın vəhşiliyi onları əhalinin gözündə düşmənə çevirib

ELAZ.İNFO

Ukraynada 24-60 yaş aralığında bütün kişilər səfərbərliyə cəlb olunmalı və məcburi müharibəyə göndərilməlidir. Kişilərin çoxu çağırışa gəlmir və ya gizlənərək üzə çıxmırlar. Orduda əsgər azaldıqca TSK-çılar (hərbi komissarlıq) azğınlaşırlar. Ölkə rəhbərliyi hər məntəqə üzrə TSK-ya plan qoyub – hər gün orduya filan qədər adam təhvil verməlidir, verə bilməsə, özü cəbhəyə göndəriləcək. Cəbhəyə getmək isə ölümə getmək kimi bir şeydir. Can şirin şeydir, heç kim müharibəyə öz xoşu ilə getmək istəmir – nə əhali, nə də TSK-çılar. Buna görə də TSK-çılar əsl adam ovuna çıxıblar: istənilən cinayəti edirlər ki, daha çox adam tutsunlar. Onsuz da hakimiyyət və “humanist” Avropa onların cinayətlərinə göz yumur, çünki bunlara göz yummasalar, orduya adam yığa bilməzlər.

TSK-nın vəhşiliyi isə onları əhalinin gözündə düşmənə çevirib. Hamı TSK-çılara nifrət edir. Onlar maşınlarına, adətən, nömrə vurmurlar ki, əhali maşını tanıya bilməsin – əks halda maşın nəzarətsiz olanda (gecələr) onun təkərlərini deşir, müxtəlif zədələr vurur, bəzən hətta yandırırlar. TSK nümayəndəsi Ali Radada şikayət edirdi ki, övladlarımızı məktəbdə başqa uşaqlar sıxışdırır, təhqir edirlər. TSK-nın adam ovuna hər yerdə əhali müqavimət göstərir. Artıq əhali tərəfindən TSK-çıların öldürülməsi və xəsarət yetirilməsinə dair yüzlərlə cinayət işi açılıb. Kişilər azaldıqca qadınların da TSK-yə qəzəbi artır. Aydındır ki, vəziyyət belə davam edərsə, əhali azı TSK-ya qarşı kütləvi üsyana qalxa bilər. Buna görə də Zelenski üçün müharibəni dayandırmaq çox vacibdir.

Videoda TSK-çılara qarşı baş verən xalq etirazını görürsünüz. Bilirsiniz, bu hadisə harada baş verib? Lvovda – banderaçılığın, ukronasizmin paytaxtında. Nə qədər ki, qırılanlar şərqi ukraynalılar, faktiki olaraq ruslar idi, onlar müharibə tərəfdarları idilər, növbə özlərinə çatanda etiraz etməyə başlayıblar.

İndiyədək Ukraynada hakimiyyəti ələ keçirmiş sionistlərlə banderaçı nasistlər həmrəy idilər, çünki ölümə rusları və rusdilliləri göndərirdilər. Artıq ruslar və rusdillilər qurtarır, indi sionistlər banderaçıları ölümə göndərməlidirlər. Görək, kim kimə qalib gələcək.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın