ELAZ.İNFO xəbər verir ki, Davos sammitinə gedən ABŞ prezidenti Donald Trampı daşıyan təyyarə nasazlıq səbəbindən ABŞ-a qayıdıb.
Ağ Evin açıqlamasına görə, Donald Trampın prezident təyyarəsi olan Air Force One havaya qalxdıqdan qısa müddət sonra kiçik bir elektrik kəsilməsi aşkar edilib.
Ağ Evin sözçüsü Karolin Livitt təyyarənin Vaşinqton yaxınlığındakı Birgə Baza Andrews Hava Limanına “ehtiyat tədbiri olaraq” qayıtdığını və ABŞ prezidentinin Davosa səyahətinə yeni təyyarə ilə davam edəcəyini bildirib.
Bu arada, təyyarədəki müxbirlər bildiriblər ki, havaya qalxdıqdan qısa müddət sonra bütün işıqlar qısa müddətə sönüb.
İlahə BAYINDIR