Si Putinin əl-qolunu bağlamağa çalışmayacaq

ELAZ.İNFO xəbər verir ki, 2014-cü ilin 7-23 fevralında keçirilən Soçi Qış Olimpiadasında Si Rusiyaya səfər etdi və tədbirdə iştirak etdi – onda Obama bu olimpiadanı baykot etmişdi. Bu səfəri ilə Si Moskvaya dəstək nümayiş etdirdi. Bir ay sonra Moskva Krımın sakit ilhaqını həyata keçirtdi. Bu hadisədən sonra Qərb Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq etdi, lakin Rusiya əsasən Çinin vasitəsilə sanksiyalardan qoruna, həmçinin yerli istehsalı dirçəldə bildi.

2022-ci ilin 4-20 fevralında keçirilən Pekin Qış Olimpiadasında Putin Çinə səfər etdi və tədbirdə iştirak etdi. Razılaşmaya görə, Putin Olimpiadanın başa çatmasını gözlədi və 24 fevralda Ukraynaya müdaxilə etdi. Bu hadisədən sonra Qərb Rusiyaya qarşı tarixdə görünməmiş sayda sanksiyalar tətbiq etdi, bütün Qərb Rusiyanı diz çökdürmək üçün birləşdi. Yenə Rusiya əsasən Çinin açıq və gizli dəstəyi sayəsində total təzyiqə davam gətirə bildi.

Lakin Çin Putinə bu dəstəyi bir şərtlə verib: Rusiya hərbi əməliyyatları Ukrayna sərhədlərindən kənara çıxartmamalıdır. O halda Çin onu müdafiə edə bilməyəcəkdi, çünki 2022-ci, hətta 2025-ci ildə də Çin Qərb ilə münaqişəyə girməkdən çəkinirdi. 4 ildən çox çəkən Ukrayna müharibəsi Avropanı əldən saldı, İran müharibəsi isə ABŞ-ın da gücünü, daha doğrusu, gücsüzlüyünü göstərdi. Trampla görüşdən sonra Sinin özünə əminliyi artdı.

Məncə, bu görüşdən sonra Si Putinin əl-qolunu bağlamağa çalışmayacaq – ən azı ərazisindən Rusiyaya hücum olmuş ölkələrə hərbi cavab verməsinə etiraz etməyəcək. Əlbəttə, bu ehtimaldır – doğru olub-olmadığını Baltik ölkələrdən Rusiyaya növbəti dron zərbəsindən sonra Rusiyanın reaksiyasından biləcəyik.

Asif ŞƏFƏQQƏTOV

Bizi izləyin və paylaşın