ELAZ.İNFO xəbər verir ki, Şəkidə otellərdən birində yanğın baş verib.
Hadisə zamanı binada olan beş nəfər təhlükəsiz əraziyə çıxarılıb. Yanğın nəticəsində insanların təxliyə edilməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin hadisələr üzrə məlumatlarına daxil edilib.
Hadisənin başvermə səbəbi və dəymiş ziyanın həcmi ilə bağlı araşdırma aparılır.
İslam MAHMUDOV


