Şamaxıda faciəli qəza: Avtomobil 56 yaşlı qadını vurub öldürdü

01.10.2026

ELAZ.İNFO xəbər verir ki,Şamaxının Sabir qəsəbəsində baş verən yol qəzası ölümlə nəticələnib. “Kia” markalı avtomobilin vurduğu 56 yaşlı piyada hadisə yerində həyatını itirib.

Məlumata görə, A.Bəkirovanın idarə etdiyi avtomobil yolu keçən Elmira Əliyevanı vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. Faktla bağlı cinayət işi başlanıb.

Qəzanın başvermə şəraiti, sürücünün hərəkət sürəti və digər hallar istintaq çərçivəsində araşdırılır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁14
Teqlər: