Elektron pul köçürmələri ilə bağlı yeni qayda: 50 min manatlıq hədd müəyyənləşdirildi


ELAZ.İNFO xəbər verir ki, elektron pul köçürmələri ilə bağlı monitorinq mexanizmində dəyişiklik edilib. Maliyyə Monitorinqi Xidmətinin yeni qərarı ilə əvvəl müzakirə olunan 20 min manatlıq hədd yenilənərək 50 min manata qaldırılıb.
Yeni mexanizm maliyyə institutlarının və digər öhdəlik daşıyan şəxslərin müəyyən elektron pul köçürmələri barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməsini nəzərdə tutur.
Məlumata görə, dəyişikliklərin tətbiqi ilə bağlı əvvəlki tarix də yenilənib. Qaydanın məqsədi maliyyə əməliyyatlarının şəffaflığının artırılması və şübhəli əməliyyatların müəyyənləşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsidir.
Beləliklə, elektron köçürmələrlə bağlı əvvəlki 20 min manatlıq hədd barədə yayılan ilkin məlumatlar son qərarla dəyişdirilib.
Günel GÜNTAC





