Rusiya millisinin futbolçusu Özbəkistanla oyundakı qolları “qəribə və gülməli” adlandırdı

Rusiya millisinin müdafiəçisi Danil Kruqovoy Özbəkistan yığmasına qarşı keçirdikləri yoldaşlıq oyununu şərh edərək buraxdıqları qolları qeyri-adi və gülməli adlandırıb.
ELAZ.INFO xəbər verir ki,noyabrın 12-də Daşkənddə keçirilən yoldaşlıq görüşündə Rusiya millisi Özbəkistan komandası ilə qarşılaşıb.
Xatırladaq ki, hesabda iki top fərqi ilə geri düşmələrinə baxmayaraq, rusiyalılar əzmkarlıq nümayiş etdirərək matçı 3:2 hesablı qələbə ilə başa vurublar.
Oyundan sonra jurnalistlərin suallarını cavablandıran Danil Kruqovoy matçla bağlı bunları söyləyib:
“Buraxdığımız qollar kifayət qədər qəribə alındı. Birinci halda Viktor Melexin avtoqola imza atdı, ikinci qol isə özlüyündə olduqca gülməli və qeyri-adi idi. Birinci hissədə bir qədər səhvlərə yol verdik. İkinci hissəni isə daha yaxşı keçirdik, baş məşqçimiz Valeri Qeorqiyeviç Karpin lazımi düzəlişlər etdi.
Lakin biz meydana yalnız qələbə üçün çıxmışdıq və qələbəni qazanmaq üçün hesabı geri qaytarmalı olduq”.
Rusiya seçməsinin müdafiəçisi rəqibin gücünə də toxunub:
“Özbəkistan yığması çox yaxşı səviyyədə oyun sərgilədi. Onlar dünya çempionatında iştirak ediblər və buna görə də layiqincə mübarizə aparan rəqibdirlər. Belə komandaya qarşı oynamaq çox maraqlı idi”.
Ruslan Məmmədov




