Rusiya dizel ixracına qadağanı uzatdı: Yanacaq bazarında təzyiq artır


ELAZ.İNFO xəbər verir ki, Yanacaq bazarında onsuz da gərginlik yaşandığı bir vaxtda Rusiyadan yeni qərar gəlib. Moskva dizel yanacağının ixracına tətbiq etdiyi məhdudiyyəti oktyabrın sonunadək uzadıb.
Rusiya hökumətinin qərarına əsasən, yanacaq istehsalçıları üçün dizel ixracına qoyulan qadağa oktyabrın 31-dək qüvvədə olacaq. Qərarın əsas səbəbi daxili bazarda sabitliyi qorumaq və xüsusilə kənd təsərrüfatı mövsümündə artan tələbatı təmin etməkdir.
Moskva son aylarda yanacaq bazarında qiymət artımının və təchizat problemlərinin qarşısını almaq üçün bir sıra ixrac məhdudiyyətləri tətbiq edib.
Reuters yazır ki, qlobal yanacaq bazarında vəziyyət Rusiya və Ukrayna arasındakı müharibə, eləcə də Yaxın Şərqdəki qarşıdurma fonunda daha da mürəkkəbləşib.
Rusiya dünyanın əsas dizel ixracatçılarından biri olduğundan, ixracın məhdudlaşdırılması beynəlxalq bazarda əlavə təzyiq yarada bilər.
İlahə BAYINDIR





