“Neftçi”nin Avropa imtahanı: Bakıdakı üstünlük Estoniyada qorunacaqmı?


ELAZ.İNFO xəbər verir ki, Azərbaycan basketbolunun avrokubokdakı təmsilçisi “Neftçi” bu gün FIBA Avropa Kubokunda mühüm qarşılaşmaya çıxacaq.
Komanda təsnifat mərhələsinin cavab oyununda Estoniyanın “Parnu” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Neftçi” ilk oyunda rəqibini Bakıda 80:67 hesabı ilə məğlub edib. Bu nəticə komandaya cavab qarşılaşması öncəsi 13 xallıq üstünlük qazandırıb.
İki oyunun nəticəsinə əsasən üstün tərəf FIBA Avropa Kubokunun əsas mərhələsində mübarizəni davam etdirəcək.
Əsas mərhələyə vəsiqə qazanılacağı halda “Neftçi” H qrupunda Rumıniyanın “Oradya”, İsveçrənin “Fribur Olimpik”, Latviyanın VEF, Yunanıstanın “Mikonos” və Bolqarıstanın “Lokomotiv” komandalarından biri ilə deyil, püşkatmada müəyyənləşmiş bu qrupun iştirakçıları ilə qarşılaşacaq.
İslam MAHMUDOV





