Vanqanın 2027-ci il üçün proqnozları açıqlandı: Qızıl bazarı ilə bağlı cəsarətli iddia!


ELAZ.İNFO xəbər verir ki, Vanqanın proqnozları yenidən diqqət mərkəzindədir. İddia olunur ki, Baba Vanqa 2027-ci ildə ciddi iqtisadi sarsıntılar olacağını və bunun investorları qızılı “etibarlı liman” kimi seçməyə sövq edəcəyini əvvəlcədən görüb.
Bəs sizcə, 2027-ci ildə qızılın qiyməti hansı səviyyələrdə olacaq? Gəlin, məsələyə daha yaxından nəzər salaq…
Bolqarıstanlı görücü Baba Vanqaya aid edilən proqnozlar illər keçsə də, sosial şəbəkələrdə və veb-saytlarda yenidən gündəmə gəlməyə davam edir. Yeni il yaxınlaşdıqca diqqət 2027-ci ilə yönəlib.
İnternetdə yayılan iddialara görə, 2027-ci ildə qlobal iqtisadiyyata təsir edə biləcək böyük bir maliyyə böhranı baş verə bilər. Ehtimal olunur ki, bank sisteminə inamın itirilməsi və nağd pul çatışmazlığı ilə xarakterizə olunan belə bir ssenaridə investorlar kütləvi şəkildə qızıla üz tuta bilərlər.
2027-ci ildə qızılı nə gözləyir?
Proqnoz kimi yayılan iddialar göstərir ki, 2027-ci ildə ciddi qlobal iqtisadi sarsıntı baş verə bilər.
Bu ssenari çərçivəsində maliyyə sisteminə inamın azalması investorları daha təhlükəsiz hesab edilən aktivlərə yönəldə bilər. Qızıl, belə dövrlərdə adətən investorların diqqətini çəkən aktivlərdən biri kimi önə çıxır.
İnternetdəki bəzi şərhlərdə belə bir böhran ssenarisində qızılın dəyərinin 25%-dən 40%-ə qədər arta biləcəyi irəli sürülür. Lakin qeyd etmək lazımdır ki, bu rəqəmlər təsdiqlənmiş maliyyə proqnozları deyil, yalnız internetdə dolaşan fərziyyələrə əsaslanır.
Aydan





