Azərbaycan millisi bu gün meydana çıxır: Lixtenşteynlə oyunun vaxtı bəllidir


ELAZ.İNFO xəbər verir ki, futbol üzrə Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək. Yığmamız Bakıda Lixtenşteyn seçməsini qəbul edəcək.
Görüş gecə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq. Qarşılaşmanı Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Kristian-Petru Çioxirka olacaq.
Azərbaycan millisi bundan əvvəl qrup mərhələsində Litva ilə səfərdə 1:1 hesablı heç-heçə edib. Qarşıdakı oyun komandaya turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq üçün yeni imkan verir.
Baş məşqçi Ayxan Abbasov qarşılaşmadan əvvəl komandanın daha hücumameyilli futbol nümayiş etdirməyə çalışacağını bildirib.
Paytaxtdakı qarşılaşma həm milli komandanın nəticəsi, həm də azarkeşlərin diqqəti baxımından günün əsas idman hadisələrindən biri olacaq.
İslam MAHMUDOV





