Qaradağ rayonunda 5 avtomobil toqquşdu: – Yaralananlar var

ELAZ.INFO xəbər verir ki, Bakı şəhərinin Qaradağ rayonunda bu gün səhər saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Baki-Qazax yolunda şossenin paytaxt istiqamətində qeydə alınıb.

Beş maşının toqquşması nəticəsində bir maşın aşıb, digər ikisi isə dərəyə yuvarlanıb.

İlkin məlumata görə, 5 avtomobilin iştirakı ilə baş verən qəza yolun hərəkət hissəsində sıxlığa səbəb olub. Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Əraziyə dərhal təcili tibbi yardım və yol polisi əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, avtomobillərə isə ciddi maddi ziyan dəyib.

Qəzanın baş vermə səbəbləri araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights