Qala nekropolunun arxeoloji sirləri araşdırılır » amea

Qala nekropolunun arxeoloji sirləri araşdırılır

Azərbaycanın zəngin tarixi-mədəni irsinin elmi əsaslarla dərindən öyrənilməsi və beynəlxalq arenada təbliği istiqamətində mühüm addımlar atılır. Ölkəmizin qədim memarlıq abidələrinin arxeoloji cəhətdən tədqiqi məqsədilə dövlət qurumları və elmi müəssisələr arasında tərəfdaşlıq əlaqələri daha da genişləndirilir.

ELAZ.İNFO xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında elmi əməkdaşlığın yeni mərhələsinə başlanılıb.

Əməkdaşlığın ilk mərhələsi olaraq AMEA-da “Qala nekropolu: struktur, tipologiya və interpretasiya” mövzusunda geniş elmi təqdimat keçirilib. Keçirilən tədbirdə son arxeoloji tədqiqatların nəticələri, abidənin özünəməxsus memarlıq xüsusiyyətləri və qədim dəfn ənənələri ətraflı müzakirə olunub. Həmçinin, bu unikal kompleksin elmi əsaslarla öyrənilməsi və gələcək nəsillər üçün qorunmasının vacibliyi xüsusi vurğulayıb.

Növbəti mərhələdə tarixi-mədəni irsin tədqiqi, qorunması və təbliği istiqamətində birgə elmi layihələrin, iritəsirli arxeoloji ekspedisiyaların və beynəlxalq konfransların həyata keçirilməsi nəzərdə tutulur.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın