Pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstəriş verilib

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə birgə həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Regional Su Meliorasiya Xidməti” PHŞ-yə pozuntuların aradan qaldırılması barədə icrası məcburi göstəriş verilib.

Biləsuvar sakinlərinin müraciətləri əsasında aparılan araşdırmalar zamanı rayonda su təchizatının daha səmərəli və qanunvericiliyə tam uyğun şəkildə qurulması üçün əlavə mexanizmlərə ehtiyac olduğu aşkarlanıb. Nəticədə “Regional Su Meliorasiya Xidməti”nin Rəqabət Məcəlləsinə tam uyğunlaşdırılması məqsədilə iş qaldırılıb.

Araşdırma zamanı müəssisənin Biləsuvar rayonunda su təchizatı ilə bağlı bəzi inzibati və texniki prosesləri qanunvericiliyin tələblərinə uyğun şəkildə daha sistemli icra etməli olduğu müəyyən edilib. Qanun pozuntularının nəticələrinin aradan qaldırılması zəruri hesab olunub.

Sevinc Qasımova

 

Bizimlə oxuyun
Verified by MonsterInsights