Mikayıl Müşfiq:- Məni anamın yanında dəfn edin”

Repressiya qurbanı, xalqımızın sevimli və unudulmaz şairi Mikayıl Müşfiqin məhbus zindanında keçirdiyi son günlər idi. Şairin taleyi, ömrü bir xainin, mənfur düşmənin dodaqlarından çıxan bir əmri gözləyirdi.

ELAZ.İNFO Baş Kəşfiyyat İdarəsinin müstəntiqi A.A.Rıbkinin aşağıdakı məlumatını təqdim edir:

-“1109 saylı məhkumdan razı idim. Məni yormurdu. 1938-ci il yanvarın 4-də gündüz Qriqoryan Xoren İvanoviç xəbər göndərdi ki, söhbəti qısa elə.

Anladım ki, 1109 saylı məhkumun taleyinə artıq nöqtə qoyulub. Başımı qaldırıb, məndən bir az aralıda duran Əli Əlistana nəzər saldım. Hiss etdim ki, qatarın getdiyini o da başa düşdü.

Birdən Əli Əlistan heç kimin gözləmədiyi halda dedi:

– Şair, bu, bizim sonuncu görüşümüzdür, sonuncu arzunu de. Sabah sərəncam icra olunacaq. Kimə nə çatdıracaqsansa, de.

Müşfiq susurdu.

Nəhayət, “Allah hamınıza cansağlığı versin. İmkan olarsa, məni anamın yanında dəfn edin. Bacararsanmı?…”, – dedi.

Əli Əlistan; -“Yox, mən bunu bacarmaram”, – cavabını verdi.

1938-ci ilin yanvarında hökm icra olundu.

Anar TAĞIYEV

Bizi izləyin və paylaşın