Matviyenko: “Rusiyanın 19 ölkəyə hücum etməsi barədə bəyanatlar cinayətdir

Matviyenko Kallasın iddialarına sərt cavab verdi: “Bu, iyrənc bir yalandır”

ELAZ.İNFO TASS.RU-ya istinadən bildirir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallasın Rusiyanın heç vaxt hücuma məruz qalmaması barədə verdiyi bəyanatı kəskin şəkildə tənqid edib. Matviyenko bu cür çıxışları “iyrənc yalan” və “cinayət xarakterli” adlandırıb. Matviyenko bildirib ki, Avropanın bəzi kiçik dövlətlərinin bu cür bəyanatlarının arxasında onların zəifliyi və əhəmiyyətsizliyi dayanır, lakin bu, tarixi həqiqətlərin təhrif edilməsinə bəraət qazandırmır.

Federasiya Şurasının sədri “bu cinayətkarların” (Avropa rəsmilərinin) tarixi yenidən yazmasına və həqiqəti məhv etməsinə icazə verməyəcəklərini vurğulayıb. Matviyenko xatırladıb ki, Leninqradın blokadası tarixdə “Avropa faşist ölkələri” tərəfindən həyata keçirilmiş ən böyük soyqırım nümunəsidir və bu faktın unudulması qeyri-mümkündür.

Qeyd edək ki, bu bəyanat 18 yanvar — Leninqrad blokadasının yarılmasının növbəti ildönümü günündə verilib. Rusiya tərəfi mütəmadi olaraq Qərb siyasətçilərini İkinci Dünya Müharibəsinin nəticələrini və SSRİ-nin rolunu kiçiltməkdə ittiham edir.

Ruslan MƏMMƏDOV.

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights